“Kəpəz” BOKT-un xalis mənfəəti 52% artıb

Kəpəz” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 176 min manat xalis mənfəətlə başa vurub.

“KƏPƏZ ” BOKT MMC-nin maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, 2018-ci illə müqayisədə 51,7% çoxdur.

Ötən il “Kəpəz”in vergiyə qədərki mənfəəti 220 min manat (əvvəlki ilə nisbətən 57,1% çox), mənfəət vergisi ödəmələri isə 44 min manat (təxminən 86% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Kəpəz”in aktivləri 2,8 milyon manat olub ki, bu da illik müqayisədə 2 dəfə çoxdur. Bunun 2,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-nin kredit portfeli 93,3% böyüyüb.

Hesabat dövründə “Kəpəz”in öhdəlikləri 96,6% artaraq 2 milyon manata, balans kapitalı isə 2,1 dəfə artaraq 818 min manata, o cümlədən nizamnamə kapitalı 86,7% artaraq 560 min manata çatıb.

Xatırladaq ki, “Kəpəz” BOKT 2013-cü ildə yaradılıb. 


I BUILT MY SITE FOR FREE USING