“Kəpəz” BOKT MMC aztəminatlı ailələrə dəstək göstərdi.


“Kəpəz” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq növbəti dəfə yardım kompaniyasına qoşulmaq qərarına gəlmişdir. Ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə dövlətimiz tərəfindən  sistemli və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə yanaşı, həssas əhali qruplarının, həmçinin aztəminatlı ailələrin sosial müdafiəsi də diqqətdə saxlanılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə pandemiyaya qarşı mübarizə məqsədilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsinə dair çağırışına dəstək olaraq “Kəpəz” BOKT rəhbəriyi də sosial həmrəylik nümayiş etdirirlər. Onlar aztəminatlı ailələrə dövlət qayğısının təzahürü olaraq növbəti addım kimi, həmin ailələrin sosial müdafiəsinin həyata keçirilməsi məqsədilə yardımlar ediblər.




I BUILT MY SITE FOR FREE USING