Hörmətli istifadəçiAzərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru
2014-cü ildə fəaliyyətdə olan "Kəpəz” MMC Bank Olmayan Kredit Təşkilatı (BOKT) yeni rəhbərliyin gəlməsi ilə Ötən il BOKT-un fəaliyyətində böyük canlanma baş verib, təşkilatın kredit portfeli, gəlirləri və mənfəəti kəskin artıb
"Kəpəz” MMC Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2018-ci ili 116 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 38 min manat zərərlə çıxmışdı.
Ötən il "Kəpəz"in gəlirləri 361 min manat, o cümlədən faiz gəlirləri 358 min manat, qeyri-faiz gəlirləri 3 min manat, xərcləri 171 min manat, o cümlədən faiz xərcləri 50 min manat, qeyri-faiz xərcləri 121 min manat, xüsusi ehtiyatlara ayırmaları 50 min manat, mənfəət vergisi ödəmələri isə 24 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Kəpəz"in aktivləri 1,414 milyon manat olub ki, bu da illik müqayisədə 5,3 dəfə çoxdur. Bunun 1,338 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 6,8 dəfə böyüyüb.
Hesabat dövründə “Kəpəz”in öhdəlikləri 344 dəfə artaraq 1,032 milyon manata, 573 min manata düşüb, balans kapitalı isə 43,6% artaraq 382 min manata çatıb.
Azərbaycanın aparıcı qeyri-bank təşkilatlarından olan «Kəpəz» BOKT 2018-ci ilin nəticələrini açıqlayır.2018-ci il üzrə audit resabatına istinadən 2018-ci ildə BOKT-un xalis faiz gəlirləri 2017-i illə müqayisədə 6,3 dəfə artaraq 48,7 min manatdan 307,6 min manata, əməliyyat gəlirləri isə 7,5 dəfə artaraq 34,7 min manatdan 260,7 min manata yüksəlib.
Nəticədə «Kəpəz» BOKT 2018-ci ili 115,9 min manat xalis mənfəətlə başa vurub. Halbuki təşkilat 2017-ci ili 37,5 min manat zərərlə bağlamışdı.
Bu dövrdə müştərilərə verilən kreditlər 6,7 dəfə artaraq 198,3 min manatdan 1 milyon 338 min manata yüksəlib. Təşkilatın ümumi aktivləri isə 5,3 dəfə artaraq 1 milyon 414 min manata yüksəlib.
BOKT-un öhdəlikləri isə 1 milyon 32 min manat təşkil edib. Hazırda «Kəpəz» BOKT-un nizamnamə kapitalı 300 min manat, cəmi kapitalı 381,6 min manat təşkil edir. Bu, 2017-ci ilin yekunu ilə müqayisədə 1,4 dəfə artıqdır.