“ KƏPƏZ ” BOKT koronavirusla mübarizə fonduna 3 000 manat pul köçürdü

Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsinə “KƏPƏZ” Bank Olmayan Kredit Təşkilatıda qoşulub. Belə ki, “KƏPƏZ” Bank Olmayan Kredit Təşkilatının bu məqsədlə qəbul etdiyi qərarına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3 000 manat vəsait köçürülüb.

 


Bununla yanaşı, Təşkilat daxilində proseslərin təşkili Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı tövsiyyələri əsasında aparılmışdırki, bu addımlar virusun müştərilər və əməkdaşlar arasında yayılmasının qarşısını almaqda köməklik göstərir.

I BUILT MY SITE FOR FREE USING