KƏPƏZ BOKT özünü doğruldur: iki qat böyümə + mənfəət

“Kəpəz” BOKT MMC 2019-cu il ərzində 861,83 min manatlıq faiz gəliri əldə edib.

Bu barədə BOKT-un maliyyə hesabatını qeyd edirik.


Bununla BOKT faiz gəlirləri 2,4 dəfə illik müqayisədə artıb. BOKT-un faiz gəlirləri 255,38 min manat faiz xərcləri təşkil edir.

Bununla da “Kəpəz” BOKT 514,82 min manatlıq əməliyyat mənfəəti təşkil edib. Əlavə olaraq BOKT əməliyyat mənfətindən 294,83 min manatlıq inzibati xərcləri yönəlmədən sonra 219,99 min manatlıq mənfəəti olub.

“Kəpəz” BOKT 44 min manat mənfəət vergisi edib, nəticədə 176 min manatlıq xalis mənfəət əldə edib.

İkiqat böyümə

“Kəpəz” BOKT 2019-cu ilin sonuna cəmi aktivləri  2 milyon 246,38 min manat təşkil edib, bu öncəki ildə 1 milyon 413,91 min manat təşkil edirdi. Aktivlərinin 2 milyon 585,56 min manatı kredit portfeli təşkil edib. Bundan əlavə BOKT 1 milyon 160,58 min manatlıq istiqrazlar buraxması hesabına öhdəliyi vardır. Öhdəliklərinin digər hissəsi, 853,05 min manatı müddətli borclar, 12,61 min manatı mənfəət vergisi öhdəliyi var.

Yuxarıda göründüyü kimi BOKT istiqraz vəsaitlərini kreditə yönəldə bilib.

BOKT-un cəmi kapitalı isə ilin sonuna 817,58 min manat təşkil etmişdir, bunun 560 min manatı nizamnamə kapitalı 257,58 min manatı bölüşdürülməmiş mənfəətdir.

“Kəpəz” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ilin ikinci yarısında nizamnamə kapitalını 260 min manat və yaxud 86,7% artıraraq 300 min manatdan 560 min manata çatdırıb.

I BUILT MY SITE FOR FREE USING