Premium Leasing Center

Bu gündən siz də bizə qoşulun !
Kəpəz Bank olmayan kredit təşkilatı.

Kompensasiya ödənişi və restrukturizasiya güzəşti ilə bağlı ən çox yaranan suallar.

Daha çox oxu
Hörmətli istifadəçiAzərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru



2014-cü ildə fəaliyyətdə olan "Kəpəz” MMC Bank Olmayan Kredit Təşkilatı (BOKT) yeni rəhbərliyin gəlməsi ilə Ötən il BOKT-un fəaliyyətində böyük canlanma baş verib, təşkilatın kredit portfeli, gəlirləri və mənfəəti kəskin artıb

"Kəpəz” MMC Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2018-ci ili 116 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 38 min manat zərərlə çıxmışdı.
Ötən il "Kəpəz"in gəlirləri 361 min manat, o cümlədən faiz gəlirləri 358 min manat, qeyri-faiz gəlirləri 3 min manat, xərcləri 171 min manat, o cümlədən faiz xərcləri 50 min manat, qeyri-faiz xərcləri 121 min manat, xüsusi ehtiyatlara ayırmaları 50 min manat, mənfəət vergisi ödəmələri isə 24 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Kəpəz"in aktivləri 1,414 milyon manat olub ki, bu da illik müqayisədə 5,3 dəfə çoxdur. Bunun 1,338 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 6,8 dəfə böyüyüb.
Hesabat dövründə “Kəpəz”in öhdəlikləri 344 dəfə artaraq 1,032 milyon manata, 573 min manata düşüb, balans kapitalı isə 43,6% artaraq 382 min manata çatıb.

Azərbaycanın aparıcı qeyri-bank təşkilatlarından olan «Kəpəz» BOKT 2018-ci ilin nəticələrini açıqlayır.

2018-ci il üzrə audit resabatına istinadən 2018-ci ildə BOKT-un xalis faiz gəlirləri 2017-i illə müqayisədə 6,3 dəfə artaraq 48,7 min manatdan 307,6 min manata, əməliyyat gəlirləri isə 7,5 dəfə artaraq 34,7 min manatdan 260,7 min manata yüksəlib.

Nəticədə «Kəpəz» BOKT 2018-ci ili 115,9 min manat xalis mənfəətlə başa vurub. Halbuki təşkilat 2017-ci ili 37,5 min manat zərərlə bağlamışdı.

Bu dövrdə müştərilərə verilən kreditlər 6,7 dəfə artaraq 198,3 min manatdan 1 milyon 338 min manata yüksəlib. Təşkilatın ümumi aktivləri isə 5,3 dəfə artaraq 1 milyon 414 min manata yüksəlib.

BOKT-un öhdəlikləri isə 1 milyon 32 min manat təşkil edib. Hazırda «Kəpəz» BOKT-un nizamnamə kapitalı 300 min manat, cəmi kapitalı 381,6 min manat təşkil edir. Bu, 2017-ci ilin yekunu ilə müqayisədə 1,4 dəfə artıqdır.
Haqqımızda imageHaqqımızda imageHaqqımızda image
 

Ev Girovu İlə Kreditlər

hazırlıq mərhələsindədir.

Daha ətraflı

Anar Imamverdiyev

Baş Hüquqşünas

Qurban Bayramınız Mübarək

Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. İslamda cəmi iki bayram — eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə (Orucluq bayramı — kiçik bayram) bayramlar qanuniləşdirilmişdir. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.

Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

Demək lazımdır ki Qurban bayramı yalnız İslam dininin törəməsi deyildir. Qurban vermək, qurban kəsmək adəti islamdan çox-çox əvvəl dünyanın bir çox xalqlarında olmuşdur. Məsələn, karfagenlilər allah saydıqları Moloxa qarşısında borclarını ödəmək üçün uşaqlarını qurban verirdilər. Şərq xalqlarında da öz qızlarını qurban vermək adəti olmuşdur.

Həzrəti Məhəmmədin yaratdığı İslam dini böyük İnama, ulu Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də islam dini Allahın adınan buyurdu ki, insan yerinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onu ildə bir dəfə Zilhiccə ayının 10-da keçirməyi qanuniləşdirdilər. Quranda deyilir: "Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni, bərəm ayı (Zilhiccəni), Kəbəyə gətirilən boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmış və taxılmamış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib səhmana düşməsi üçün bir yol müəyyən etdi" (Quran 5-ci surə, ayə 97).

Bu mərasim yerlərdə də keçirilir. Hər hansı niyyət üçün qurbankəsmə hər hansı gündə ola bilər.

Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olmuşdur.

Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı. 

Kəpəz Bokt kollektivi adından xalqımızı təbrik edirik.
I BUILT MY SITE FOR FREE USING